Avstriyada dolu eniş zamanı təyyarənin burnunu zədələyib

00:12 - 10 İyun 2024 - DÜNYA

Avstriya Hava Yollarına məxsus təyyarə Vyanada eniş edərkən güclü doluya məruz qalıb. Lakin zədələnməsinə baxmayaraq uğurla eniş edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kronen Zeitung qəzetinin saytı məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan fotolarda dolunun təyyarənin pilot kabininin şüşələrinə və burnuna ziyan vurduğu görünür. Portal qeyd edir ki, pilotlar uğurlu eniş etməyi bacarıblar, xəsarət alan olmayıb.

Avstriya Hava Yollarına məxsus Airbus A320 təyyarəsi Mayorka adasından Vyanaya uçurdu. Enişdən yarım saat əvvəl turbulentlik və dolu ilə qarşılaşıb.

Xəbər xətti