Fransa prezidenti Emmanuel Makron ölkənin Milli Assambleyasının (parlamentin aşağı palatası) buraxıldığını, həmçinin növbədənkənar parlament seçkilərinin təyin olunduğunu bəyan edib.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, o, bunu respublika vətəndaşlarına müraciəti zamanı deyib.
"Mən növbədənkənar parlament seçkilərini təyin edirəm" - Makron bildirib.
Birinci turun iyunun 30-na təyin edilib. İkinci tur iyulun 7-nə təyin edilib.