Pakistanda əldə düzəltmə partlayıcı qurğunun işə düşməsi nəticəsində 7 təhlükəsizlik qüvvəsi nəfəri həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə X təhlükəsizlik qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, partlayış Xayber-Paxtunxva əyalətində baş verib. Maşında hərbçilər olub. Hazırda bu ərazidə yaraqlılar məhv edilir.