ABŞ-ın sanksiyaları qəbul edilmiş qanunu dəyişməyəcək

13:25 - 7 İyun 2024 - DÜNYA

ABŞ-ın Gürcüstan rəsmilərinə qarşı tətbiq etdiyi sanksiyalar ölkə rəhbərliyinin xarici agentlər haqqında qanunun qəbulu ilə bağlı qərarını dəyişməyəcək.

Ucnoqta.az xəbər verir ki, bunu hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.

"Söhbət ölkənin maraqlarından, ölkənin gələcəyindən və sabahkı günündən gedirsə, bu, bizim qərarımızı dəyişməyəcək.
 Heç kim bu sanksiyalardan qorxmur", - Kaladze jurnalistlərə deyib.

Kaladze həmçinin qeyd edib ki, ona sanksiya siyahısına daxil edilib-edilməməsi barədə bildiriş alınmayıb və ABŞ hakimiyyətinin qərarını qeyri-ciddi və gülüş doğuran adlandırıb. Onun sözlərinə görə, sonuncu dəfə ABŞ-da 2000-ci illərdə “Milan” futbol klubunda çıxış edəndə olub və ora qayıtmaq arzusu yoxdur.

Xəbər xətti