Qarşıdan gələn bayramla əlaqədar Çin hakimiyyəti iyunun 10-dan Qırğızıstanla sərhəddə yerləşən keçid məntəqələrini müvəqqəti bağlayacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (MTK) Sərhəd Xidməti məlumat yayıb.
Sərhəd qurumunun qeyd etdiyi kimi, bu buraxılış məntəqələrindən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin keçidi 2024-cü il iyunun 11-dən bərpa olunacaq.
Bu məhdudiyyət iki ölkənin beynəlxalq hava limanlarında yerləşən sərhəd-keçid məntəqələrinə şamil edilmir.