Litvada NATO-nun yeddi ölkəsindən 3,7 min nəfərə yaxın hərbi birləşmələrin iştirakı ilə "Geležinis Vilkas" ("Dəmir Qurd") iri beynəlxalq təlimləri başlayır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Müdafiə Nazirliyi məlumat yayıb.
İki həftəlik manevrlərə təlimləri təşkil edən Litvadan, həmçinin Belçika, Lüksemburq, Hollandiya, Norveç, ABŞ və Çexiyadan 3,7 min nəfərə yaxın hərbi qulluqçu, eləcə də Almaniyanın komandanlığı altında Litvada yerləşdirilmiş NATO birləşmiş batalyonunun qabaqcıl döyüş qrupu cəlb olunub.
Tanklar, piyadaların döyüş maşınları, özüyeriyən artilleriya qurğuları və zirehli personal daşıyıcıları da daxil olmaqla 500-ə yaxın texnika iştirak edir.
Manevrlərin əsas məqsədi Litva Ordusunun “Geležinis Vilkas” motoatıcı briqadasının bölmələrinin döyüş hazırlığının yoxlanılması və saxlanılması olacaq.