Türkiyə buğda idxalını müvəqqəti olaraq dayandırmaq niyyətindədir
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin saytında məlumat verilib.
“Buğda idxalı 21 iyun 2024-cü il tarixindən etibarən 15 oktyabr 2024-cü il tarixinədək dayandırılıb, bu dayandırma həmin günə qədər yaranan bazar şəraitindən asılı olaraq daha sonrakı tarixə təxirə salına bilər”, - deyə məlumatda bildirilir.
Departamentdən vurğulanıb ki, bu tədbir ölkəyə buğda idxalının artması səbəbindən məhsulun qiymətinin aşağı düşdüyü çətin yay mövsümündə yerli istehsalçılara dəstək olmaq məqsədi daşıyır.
Qeyd edək ki, Rusiyadan buğda idxalı baxımından Türkiyə ikinci yerdədir. Türkiyə ən çox idxalçılar arasında Banqladeş, Pakistan və Əlcəzair də var.