Papua Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 670 nəfər itkin düşüb

08:18 - 7 İyun 2024 - DÜNYA

Papua Yeni Qvineyada mayın 24-də baş verən sürüşmə nəticəsində 670-ə yaxın insan itkin düşmüş hesab edilir, ölənlərin dəqiq sayı hələlik məlum deyil.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Radio New Zealand” məlumat yayıb. Məlumata görə, ölkə hökumətində sürüşmə nəticəsində ölənlərin sayı barədə dəqiq məlumat yoxdur, lakin azı 670 nəfər itkin düşmüş hesab olunur.

Yerli Səhiyyə Nazirliyi bildirib ki, cəsədlərin sonrakı axtarışları infeksiyaların yayılma riski yüksək olduğuna görə təhlükə yaradır, lakin bölgədə sağ qalanlar ölüləri tapmaq ümidi ilə dağıntıları təmizləməyə davam edirlər.

Radiostansiya onu da qeyd edir ki, sürüşmə nəticəsində zərər çəkmiş kəndlərə yollardakı tıxaclar və qəbilə gərginliyi səbəbindən gediş-gəliş çətin olaraq qalır. 1650 insan beynəlxalq təşkilatlardan humanitar yardım alır, lakin yerli administrasiyanın hesablamalarına görə, sürüşmə nəticəsində evsiz qalan və ya dolanışıq imkanlarını itirmiş ən azı 8 min ölkə vətəndaşının buna ehtiyacı var.///tass

Xəbər xətti