ABŞ prezidenti Co Bayden Normandiya desantının 80-ci ildönümündə Rusiyaya qarşı sərt fikirlər səsləndirib
Ucnoqta.az xəbər verir ki, Bayden ABŞ, NATO və 50-dən çox ölkənin koalisiyasının qətiyyətlə Ukraynanın yanında olduğunu bildirib:
"Biz getməyəcəyik. Çünki bunu etsək, Ukrayna tabe olacaq və bu, bununla bitməyəcək. Ukraynanın qonşuları təhlükə altında olacaq. Bütün Avropa təhlükə altında olacaq. Əmin olun ki, bütün dünyada avtokratlar Ukraynada baş verənləri diqqətlə izləyirlər ki, biz bu qeyri-qanuni təcavüzün cəzasız qalmasına icazə verəcəyikmi? Biz buna imkan verə bilmərik - quldurlara boyun əymək, diktatorlara baş əymək - bunu təsəvvür etmək belə mümkün deyil!"