BMT-nin baş katibi İsrailin Qəzzada məktəbə hücumunu pisləyib

00:01 - 7 İyun 2024 - DÜNYA

BMT-nin baş katibi Antonio Quterreş İsrailin Qəzza zolağındakı Nuseyrat qaçqın düşərgəsindəki məktəbə hücumunu pisləyib və dünya təşkilatının obyektlərinin toxunulmazlığına işarə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın baş ofisi məlumat yayıb.

Dünya təşkilatının rəhbəri Fələstin-İsrail münaqişəsinin bütün tərəflərini beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki insanları müdafiə etməyə çağırıb. Quterreş yenidən atəşkəsin dərhal dayandırılmasına və Qəzza zolağında saxlanılan bütün girovların azad edilməsinə çağırıb.

Xəbər xətti