Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 32 ildən sonra dəfn yeri və kimliyi müəyyən olunan şəhid Novruzov Niyaz İlyas oğlunun qalıqları ailəsinə təhvil verilib.
APA-nın məlumatına görə, şəhid Niyaz Novruzovla doğulduğu Goranboy rayonunun Veyisli kəndində vida mərasimi keçirilib. Şəhidin qalıqları Veyisli kənd qəbristanlığında dəfn olunub.
Dəfn mərasimində Goranboy rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi, ictimaiyyət nümayəndələri iştrak edib.
Niyaz Novruzov 1992-ci ilin sentyabrında Ağdərə rayonunda gedən döyüşlərdə itkin düşüb.
Onun Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.