Paşinyanın mətbuat katibi baş nazirin noyabrda Bakıda keçiriləcək COP29-da iştirakı ilə bağlı şayiələri təkzib edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan “Armenpress”ə deyib.
Qeyd edək ki, bir müddət əvvəl azərbaycanlı politoloq özünün X mikrobloqunda bildirib ki, Paşinyan Bakıda keçiriləcək COP29 forumunda iştirak edəcək.
“Ekspert öz subyektiv fikrini ifadə edib, bunun baş nazirin iş proqramı ilə heç bir əlaqəsi yoxdur”, - o, qeyd edib.