Fələstinin Həmas hərəkatı bir qrup radikalın Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhəri yaxınlığında həyata keçirdiyi əməliyyat zamanı 5 İsrail əsgərinin öldürüldüyünü iddia edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı - İzzəddin əl-Qəssam Briqadaları qrupunun Telegram kanalında yayılan mesajda deyilir.
İddia edilir ki, qruplaşma üzvləri beş İsrail hərbçisindən ibarət düşmən dəstəsini Rəfahın qərbində yerləşən Tel Zaarab şəhəri yaxınlığında əvvəlcədən minalanmış tunelə cəlb edə biliblər. Radikallar tunelin bombalanması nəticəsində İsrail əsgərlərinin məhv edildiyini qeyd edirlər.
Bu insidentlə bağlı İsrail ordusundan hələlik rəsmi açıqlama verilməyib.///tass