Hindistanın şimalındakı Uttarakhand əyalətində dağlarda trekking zamanı ən azı doqquz turist ekstremal hava şəraiti səbəbindən ölüb
Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Məlumata görə, onlar mayın 29-da turistlər bələdçilərin müşayiəti ilə baza düşərgəsini dağlara doğru tərk etdikdən sonra əlaqə kəsilən 22 səyahətçi qrupunun bir hissəsi idi.
İtkin düşənlərin axtarışında hərbi helikopterdən istifadə edilib. Onun köməyi ilə yürüşün 13 iştirakçısını tapmaq və onları turist düşərgəsinə çatdırmaq mümkün olub.