Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Batumidə “İslam Dövləti” terror qruplaşması ilə əlaqədə və qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən iki respublika vətəndaşını saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Batumidə xüsusi əməliyyat eyni vaxtda iki yerdə həyata keçirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin evlərinə baxış zamanı avtomatlar, tapançalar, əl qumbaraları, İD simvolları olan bayraqlar və istintaq üçün vacib olan digər sübutlar götürüblər.
Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb