Vaşinqton Moskvanı ixrac gəlirlərindən məhrum etmək üçün ekstremal tədbirlər görməyə hazırlaşır.
Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Dalip Sinq Ağ Evdə Rusiya ixracına tam qadağanın tətbiqi ilə bağlı müzakirələrin aparıldığını açıqlayıb. O, ideyanı “parlaq deyil”, məntiqli adlandırıb, çünki Moskva öz iqtisadiyyatını hərbi iqtisadiyyata çevirir. Bu baxımdan, Qərb anti-Rusiya sanksiyalarından yayınmamaq üçün səylərini gücləndirməlidir.
Qeyd olunur ki, ABŞ-ın hələ də Rusiya ilə zənginləşdirilmiş uran, palladium və mineral gübrələrə ehtiyacı var.