Ukraynaya hücum edən 18 PUA-dan 17-si vurulub

08:23 - 6 İyun 2024 - DÜNYA

İyunun 6-na keçən gecə Rusiya ordusu Taqanroq vilayətindən iki "İsgəndər-M" ballistik raketi ilə Dnepropetrovsk vilayətinə, həmçinin Primorsko-Axtarsk bölgəsindən 18 "Şahed-131/136" tipli PUA ilə hücuma keçdilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna HHQ məlumat yayıb. Bildirilir ki, hücumun qarşısı alınıb. Nəticədə Nikolayev, Xerson, Zaporojya və Xmelnitski vilayətlərində 17 hücum PUA-sı vurulub.

Xəbər xətti