İyunun 5-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilən Günay Mahmudova və müdir müavini vəzifəsinə təyin edilən Bəhruz Nəbili kollektivə təqdim edilib.
Ucnoqta.az xəbər verir ki, tədbirdə Agentliyin direktor müavini Mehriban Vəliyeva, rayon təhsil sektorlarının müdirləri, təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Mehriban Vəliyeva çıxışında təhsilin keyfiyyətinin artırılması istiqamətində ölkədə həyata keçirilən islahatlardan danışıb.
O, Günay Mahmudova və Bəhruz Nəbilini təyinatları münasibətilə təbrik edərək, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində çalışan təhsil işçiləri ilə birlikdə ölkənin təhsil siyasətinin həyata keçirilməsində uğurlar arzulayıb.
Sonra Mehriban Vəliyeva otaqlara baxış keçirib və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşlarının iş şəraiti ilə tanış olub. O, iş şəraitinin yaxşılaşdırılması və təhsil işçilərinin fəaliyyətinin səmərəli təşkil edilməsi istiqamətində müvafiq tövsiyələrini verib.