Şəki-Zaqatala Regional Təhsil İdarəsində yeni təyinatlar olub.
Ucnoqta.az xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Günay Mahmudova Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri təyin edilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə Bəhruz Nəbili Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir müavini təyin olunub.
Qeyd edək ki, bu təyinata qədər Günay Mahmudova Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir əvəzi vəzifəsini icra edirdi.
Bəhruz Nəbili bu təyinata qədər Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti Sektorunun müdiri vəzifəsini icra edirdi.