Emin Əmrullayevdən yeni TƏYİNATLAR

16:09 - 5 İyun 2024 - Xəbər

Şəki-Zaqatala Regional Təhsil İdarəsində yeni təyinatlar olub.

Ucnoqta.az xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Günay Mahmudova Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri təyin edilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə Bəhruz Nəbili Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir müavini təyin olunub.

Qeyd edək ki, bu təyinata qədər Günay Mahmudova Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir əvəzi vəzifəsini icra edirdi.

Bəhruz Nəbili bu təyinata qədər Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti Sektorunun müdiri vəzifəsini icra edirdi.


Xəbər xətti