Hindistanın baş naziri Narendra Modi ölkədə keçirilən ümumi parlament seçkilərindən sonra yeni kabinetin formalaşacağına görə istefa verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Baş nazir Narendra Modi bu gün prezident ilə görüşüb və Nazirlər Kabineti ilə birlikdə istefa verib. Prezident istefanı qəbul edib və Narendra Modi və Nazirlər Kabinetindən yeni hökumət hakimiyyətə gələnə qədər davam etməyi xahiş edib.
Müəyyən edilmiş prosedura görə, Hindistan prezidenti daha sonra qalib gələn partiyanın namizədinə yeni hökuməti formalaşdırmağı tapşırmalıdır. Ardıcıl üçüncü dəfə respublikanın baş naziri olacaq Narendra Modinin olacağı da gözlənilir.///tass