Cənubi Afrikada tornado fəlakəti: 22 ölü

13:18 - 5 İyun 2024 - DÜNYA

Cənubi Afrikanın KvaZulu-Natal və Şərqi Keyp əyalətlərində baş verən tornado nəticəsində 22 nəfər ölüb.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həftə sonundan etibarən Cənubi Afrikanın sahil əyaləti KvaZulu-Natal və Şərqi Keyp əyalətlərində təsirli olan siklon həyatı iflic edib.
 KvaZulu-Natal əyalətinin Durban şəhərinin şimalında yerləşən Tonqaat şəhərində çoxlu evlər dağılıb.
Bəzi evlərdə böyük dağıntılar baş verib. Fırtınanın gücü ilə elektrik dirəkləri və ağaclar yıxıldığından bu yer döyüş meydanına çevrilib. Yollarda da daşqınlar baş verib.
Ştat baş naziri Nomusa Dube-Ncube Durban və ətraflarında fırtına nəticəsində 11 nəfərin öldüyünü açıqlayıb.

Tornadodan sonra Şərqi Keyp əyalətindəki Nelson Mandela Böyükşəhər Bələdiyyəsində daşqınlar baş verib.
2 mindən çox insan evlərindən təxliyə edilib.

Bələdiyyədən verilən açıqlamada 11 nəfərin həyatını itirdiyi bildirilib.

Xəbər xətti