İsrail ordusu Qəzza zolağının mərkəzində yerləşən Əl-Bureyc və Deyr əl-Bələh qaçqın düşərgələrində yeni hədəflənmiş anti-terror əməliyyatları həyata keçirdiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hərbi obyektlər, silah anbarları və yeraltı tikililər də daxil olmaqla, terrorçuların hədəflərinə bir sıra hava zərbələri endirilib.
Zərbələr zamanı bir neçə HƏMAS terrorçusu öldürülüb.
Bundan əlavə, İDF Qəzza zolağının cənubundakı Rəfah bölgəsində məqsədyönlü əməliyyatları davam etdirir. Ərazidə çoxlu silah-sursat aşkarlanıb.