Birinci Qarabağ müharibəsində şəhidinin qalıqları dəfn olunub

12:16 - 5 İyun 2024 - Cəmiyyət

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Rövşən Məcid oğlu Əliyevin qalıqları ailəsinə təhvil verilib.

Ucnoqta.az xəbər verir ki, şəhid Rövşən Əliyevlə Xırdalanda vida mərasimi keçirilib.

Şəhidin qalıqları Xırdalan Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, Əliyev Rövşən Məcid oğlu 1973-cü ildə martın 20-də Xırdalanda anadan olub.

Birini Qarabağ müharibəsində iştirak edib. Daşaltıda gedən döyüşlərdə itkin düşdüyü ehtimal edilib.

Rövşən Əliyevin Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müaəyyən edilib.///apa

Xəbər xətti