Koreya Respublikası və ABŞ Hərbi Hava Qüvvələri Amerikanın B-1B strateji bombardmançı təyyarəsinin iştirakı ilə Koreya yarımadası üzərində səmada təlimlər keçirib.
Ucnoqta.az xəbər evrir ki, bu barədə Koreya Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlər bombardmançı təyyarənin yerləşdirilməsi münasibətilə keçirilib, onu Cənubi Koreyanın F-35A, F-15K və KF-16 qırıcıları müşayiət edib, Amerika tərəfində də F-35B və F-16 təyyarələri cəlb olunub. Bu il ABŞ-ın strateji bombardmançısının iştirak etdiyi birgə təlimlər ikinci dəfə baş tutub.
Bildirilir ki, 2017-ci ildən bəri ilk dəfə Amerika strateji bombardmançısı təlim zamanı JDAM bombasından istifadə edib.