Papua-Yeni Qvineyanın səlahiyyətliləri bütün cəsədlər dağıntılar altından çıxarıldıqdan sonra mayın 24-də ölkənin mərkəzi hissəsində baş verən sürüşmə nəticəsində ölənlərin sayının dəqiq hesablanacağını gözləyirlər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yeni Zelandiya Radiosu Beynəlxalq Miqrasiya Təşkilatına (BMqT, BMT-nin ixtisaslaşmış qurumu) istinadən məlumat verib. Məlumata görə, dağıntılar altından daha 11 nəfərin cəsədi tapılıb.
Fəlakət yerində işləyən təşkilatın nümayəndəsi Mohamud Omerin sözlərinə görə, “sürüşmədən sonra ölənlərin faktiki sayı məlum deyil”.
"Papua Yeni Qvineya hökumətindən hələ də ölənlərin sayı ilə bağlı əlavə məlumat yoxdur. Daha çox cəsəd aşkarlandıqca mənzərə daha da aydınlaşacaq" - o, deyib.