Baydenin oğlu narkotik satıcılarına kokain fotolarını göndərib - İDDİA

08:07 - 5 İyun 2024 - DÜNYA


ABŞ prezideninin oğlu Hunter Bayden narkotik alverçilərinə kokain fotolarını göndərib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə oğula silah saxlama ilə bağlı qanun pozuntuları ilə bağlı iş üzrə dinləmə zamanı bildirilib.

Belə ki, münsiflər heyətinə əlində tütək tutan yarıçılpaq müttəhimin videosu nümayiş etdirilib. Görüntülər Co Baydenin oğlunun elektron cihazlarından əldə edilib.

“Onlardan biri Hunter Baydenin köynəksiz olduğunu və əlində siqaret çəkən tütək kimi görünən şeyi göstərir. Digərində isə tərəzidə ağ maddə göstərilir”, - deyə məlumatda bildirilir.

Məhkəmənin ilk günündə FTB-nin xüsusi agenti ifadə verib. İşi o araşdırırdı. Onun sözlərinə görə, Hunter Bayden narkotik alverçilərinə silah aldıqdan bir neçə gün sonra maddə qəbul etdiyi barədə mesajlar göndərib.

Xəbər xətti