Sloveniya parlamenti Fələstini tanımağa səs verib

00:15 - 5 İyun 2024 - DÜNYA

Sloveniya Dövlət Assambleyasının (parlamentin aşağı palatası) deputatları Fələstinin müstəqil dövlət kimi tanınmasına səs veriblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Assambleyasının sədri Urşka Klakoçar-Zupançiç məlumat verib.

Bildirilir ki, Fələstinin tanınması ilə bağlı səsvermədə ümumilikdə 53 nəfər iştirak edib, 52 deputat lehinə səs verib.

Xəbər xətti