Sloveniya Dövlət Assambleyasının (parlamentin aşağı palatası) deputatları Fələstinin müstəqil dövlət kimi tanınmasına səs veriblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Assambleyasının sədri Urşka Klakoçar-Zupançiç məlumat verib.
Bildirilir ki, Fələstinin tanınması ilə bağlı səsvermədə ümumilikdə 53 nəfər iştirak edib, 52 deputat lehinə səs verib.