İyunun 5-də Dohada Qəzza ilə bağlı danışıqların bərpası müzakirə ediləcək

00:02 - 5 İyun 2024 - DÜNYA

Misir, Qətər və ABŞ nümayəndələri iyunun 5-də Qəzza zolağında atəşkəsin yaradılması üzrə danışıqların bərpası yollarını müzakirə edəcəklər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Misir mənbəsinə istinadən “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, Dohada keçiriləcək iclasda Misiri təhlükəsizlik qüvvələrinin rəhbərləri təmsil edəcək. Nümayəndə heyətlərinin tərkibi ilə bağlı əlavə məlumat hələlik verilməyib.///tass

Xəbər xətti