Misir, Qətər və ABŞ nümayəndələri iyunun 5-də Qəzza zolağında atəşkəsin yaradılması üzrə danışıqların bərpası yollarını müzakirə edəcəklər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Misir mənbəsinə istinadən “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Məlumata görə, Dohada keçiriləcək iclasda Misiri təhlükəsizlik qüvvələrinin rəhbərləri təmsil edəcək. Nümayəndə heyətlərinin tərkibi ilə bağlı əlavə məlumat hələlik verilməyib.///tass