İrkutskda 4,8 bal gücündə zəlzələ baş verib

00:00 - 5 İyun 2024 - DÜNYA

İrkutsk vilayətində 4,8 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələ iyunun 5-də yerli vaxtla saat 01:53-də 10 km dərinlikdə baş verib.

Seysmik hadisənin episentri Trans-Baykal ərazisi ilə İrkutsk vilayətinin sərhəddində, Çitadan təxminən 700 km və İrkutskdan 1000 km məsafədə yerləşib.

Xəbər xətti