Barents dənizində Şimal Donanmasının iki böyük sualtı qayıq əleyhinə gəmisi (BOD) və iki nüvə sualtı qayığının iştirakı ilə təlimlər başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Şimal Donanmasının mətbuat xidməti məlumat yayıb.
Təlim zamanı gəminin axtarış-zərbə qrupu döyüş hazırlığı kursunun sualtı qayıq əleyhinə tapşırıqlarının müxtəlif elementlərini, o cümlədən qayığın ekipajı və sualtı qayıq əleyhinə aviasiyası ilə birgə sualtı qayığın axtarışının təşkili və izlənilməsini məşq etməli olacaq.
Təlimdə Şimal Donanmasının iki nüvə sualtı qayığı iştirak edir. Onlardan biri - çoxməqsədli - dəniz axtarış-zərbə qrupu ilə birlikdə fəaliyyət göstərəcək, ikincisi isə şərti düşməni müəyyən etməli olacaq.
Təlimin yekun mərhələsində sualtı qayıq əleyhinə gəmilərin ekipajları sualtı qayıq əleyhinə silahlardan istifadə etməklə döyüş təlimləri keçirəcək.///tass