Meksikanın mərkəzində yerləşən Miçoakan ştatının Kotija bələdiyyəsinin rəhbəri Yolanda Sançes Fiqeroa ölkədə keçirilən prezident seçkilərindən bir gün sonra öldürülüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli “El Financiero” qəzeti məlumat yayıb.
Məlumata görə, hücum edənlər Fiqeroaya 20-dən çox atəş açıb, o, yerindəcə ölüb.
Qeyd olunur ki, 2023-cü ildə siyasətçi artıq Jalisco New Generation narkotik kartelindən təhdidlər almış, həmçinin kartel üzvləri tərəfindən qaçırılaraq üç gün sonra sərbəst buraxılmışdı.
Miçoakan ştatı hökuməti polisin qatilləri axtardığını qeyd edib.