İyunun 4-də Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyan Serbiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Tatyana Panajotoviç Çvetkoviçi və müdafiə attaşesi, polkovnik-leytenant Zvezdan Kriçakı (iqamətgahı – Tehran) qəbul edib.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, görüş zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Ermənistan və Serbiya hökumətləri arasında müdafiə sahəsində əməkdaşlığa dair sazişin imzalanması üzrə işlərin aparılması barədə razılıq əldə olunub.
Ermənistan Silahlı Qüvvələrində aparılan islahatlar və regional təhlükəsizlik məsələləri də müzakirə edilib.