Nazirlik bu rayonda yoxlama aparır: 15 nəfər işdən çıxarılıb

12:36 - 4 İyun 2024 - ÖLKƏ İÇİ

Neftçala şəhər humanitar təmayüllü Muğan liseyinin direktoru vəzifəsindən azad edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb.

Yoxlamalar nəticəsində Neftçala şəhər humanitar təmayüllü Muğan liseyinin direktoru, Şirvan şəhər 16 saylı tam orta məktəbin direktor əvəzi, 2 müavin və dərnək rəhbəri, Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin isə direktor müavini və 9 təhsil işçisi işdən azad edilib.

Aşkar edilmiş nöqsanlar toplanaraq hüquqi qiymət verilməsi üçün Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən hüquq mühafizə orqanlarına təqdim edilib.

Eyni zamanda hazırda Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzində Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən yoxlama aparılır.

Xəbər xətti