Avrasiya İqtisadi Komissiyası (AİK) İrandan Aİİ-də müşahidəçi dövlət statusu almaq istəyi ilə bağlı nota alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə AET Kollegiyasının sədri Bakıtjan Saqintayev məlumat verib.
“Həmçinin nəzərinizə çatdırmaq istərdim ki, ticarət tərəfdaşımız İran müşahidəçi dövlət statusu almaqda maraqlı olduğunu bildirib. Mayın 27-də müvafiq nota aldıq. Vaxtı gələndə buna baxılacaq”, - o, Belarusun Minsk vilayətinin Nesvij şəhərində Avrasiya Hökumətlərarası Şurasının genişləndirilmiş iclası zamanı deyib.
Avrasiya İqtisadi İttifaqı Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandan ibarət beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Moldova, Kuba və Özbəkistana müşahidəçi statusu verilib.