İmişli və Göygöldə qanunsuz tikintilər sökülüb

12:14 - 4 İyun 2024 - ÖLKƏ İÇİ

İmişli rayonunun Qaralar və Göygöl rayonunun Üçtəpə kəndləri ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq olaraq İmişli və Göygöl Rayon İcra hakimiyyətləri nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.

Xəbər xətti