Danışıqlarda Konstitusiyaya dəyişikliklər gündəliyə daxil deyil - Mirzoyan

10:57 - 4 İyun 2024 - DÜNYA

Ermənistan və Azərbaycan bir-birinə öz mövqelərini bildiriblər, ona görə də hər biri digərinin Konstitusiyasında uzunmüddətli sülhün bərqərar olması üçün mühüm problemlər və maneələr görür.

Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Milli Assambleyada bildirib.  “Bu, heç də o demək deyil ki, Ermənistanda konstitusiya dəyişikliyi məsələsi Ermənistan və Azərbaycan arasında danışıqların predmetidir, belə deyil”, - o qeyd edib.

Mirzoyanın sözlərinə görə, Ermənistan əmindir ki, həm onun Konstitusiyası, həm də Azərbaycan Konstitusiyası, ümumilikdə, uzunmüddətli sülhün bərqərar olması üçün hüquqi problem ola bilməz.

"Konstitusiya dəyişikliklərimizə gəlincə, yaddaşınızı təzələməyə dəyər: biz bu barədə 2018-ci ildən danışırıq, bu bizim işimizdir, bu daxili qərardır" - XİN rəhbəri qeyd edib.

XİN rəhbəri vurğulayıb ki, Ermənistan-Azərbaycan danışıqlarında Konstitusiyaya dəyişikliklər gündəliyə daxil deyil.

Xəbər xətti