Belarus Prezidenti Aleksandr Lukaşenko Monqolustana dövlət səfərinin son günü monqolustanlı həmkarı Uxnaaqiyn Xurelsuxa iki müxtəlif modelli “Belarus” traktoru hədiyyə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.
Öz növbəsində Unaaqiyn Xurelsux Aleksandr Lukaşenkoya bir cüt monqol atı hədiyyə edib. Hər iki ayğır qəhvəyi rəngdədir və onlara artıq Mir və Xutki (Sürət) ləqəbləri verilib.
Monqollar arasında at yarışları xüsusilə məşhurdur. Onlar üçün atlar əvvəlcədən hazırlanır, yüz illər boyu köçəri çobanlara məlum olan qaydalara uyğun öyrədilir. Onlar xüsusi ot dayağı olan xüsusi otlaqlarda otarılır, suvarma yerlərində içdikləri suyun miqdarı tənzimlənir, ilkin yarışlar təşkil olunur.
İyunun 4-də prezidentlər qeyri-rəsmi şəraitdə ünsiyyətlərini davam etdiriblər. Görüşün sonunda hədiyyələr mübadiləsi aparılıb.///tass