Yük təyyarəsi Tokioda məcburi eniş edib

08:09 - 4 İyun 2024 - DÜNYA

"Polar Air Cargo"ya məxsus yük təyyarəsi pilotun mühərrikdə yanğın ola biləcəyi barədə məlumat verdikdən sonra Yaponiyanın Narita beynəlxalq hava limanına məcburi eniş edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə NHK kanalı Nəqliyyat Nazirliyinin nümayəndələrinə istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, Amerika yük təyyarəsi yerli vaxtla səhər saat 10-da Tokiodan Los-Ancelesə qalxıb. Lakin pilot tezliklə mühərrikin mümkün yanması barədə məlumat verib və təcili eniş tələb edib.

İnsident nəticəsində hava limanının uçuş-enmə zolaqlarından biri müvəqqəti olaraq bağlansa da, hazırda o, təyyarələrin qalxması və enməsi üçün yenidən açılıb.

Xəbər xətti