Hindistanda keçirilən seçkilərdən sonra baş nazir Narendra Modinin Bharatiya Janata Partiyasının rəhbərlik etdiyi Milli Demokratik Alyans parlamentin aşağı palatasında yerlərin yarıdan çoxunu qazanıb.
Ucnoqta.az xəbər verir ki? bu barədə TASS yazır. Səslərin hesablanmasının rəsmi nəticələri göstərdi ki, Modinin koalisiyası parlamentin aşağı palatasındakı 543 yerdən 279-nu qazanaraq, səslərin 85%-dən çoxunu təmsil edir. Səslərin hesablanması davam edir və yekun nəticələr daha sonra açıqlanacaq.
İyunun 1-də Hindistanın baş naziri Modi Hindistanda keçirilən parlament seçkilərinin qalibini elan edib.