Fukusima-1 AES-dən suyun axıdılmasının altıncı mərhələsini başa çatdırıb

07:44 - 4 İyun 2024 - DÜNYA

Yaponiyanın Fukusima-1 atom elektrik stansiyasının operatoru Tokyo Electric Power stansiyadan təmizlənmiş suyun axıdılmasının altıncı mərhələsini başa çatdırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Bu, 2024-cü maliyyə ilində (aprelin 1-də başlayıb) ikinci su buraxılışı idi. Növbəti mərhələdə, əvvəlki kimi, sutkada 500 tondan çox olmayan partiyalarla təxminən 7,8 min ton su axıdılıb. Bu günə qədər stansiyadan 45,8 min ton təmizlənmiş su axıdılıb

Xəbər xətti