Ərdoğan və Baydenin təhlükəsizlik müşavirləri Ukrayna və Qəzzanı müzakirə ediblər

00:01 - 4 İyun 2024 - DÜNYA

Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç ABŞ-ın milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivan ilə telefonla Türkiyə-Amerika münasibətlərini, İsrailin Qəzza zolağında davam edən hücumlarını, Ukraynadakı vəziyyəti və regional məsələləri müzakirə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bundan başqa, Kılıç və Sullivan terrorizmlə mübarizədə, xüsusilə PKK, FETÖ təşkilatı və Türkiyədə qadağan olunmuş “İslam Dövləti” terror qruplaşması ilə əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

Xəbər xətti