Rusiya Britaniyaya qarşı şəxsi sanksiyalar siyahısını genişləndirib
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məlumata görə, Rusiya Xarici İşlər Nazirliyi bir sıra britaniyalı siyasətçi, jurnalist və ekspertlərə qarşı anti-Rusiya fəaliyyətinə görə sanksiyalar tətbiq edib. Bildirilir ki, İngilislərin Rusiyanı nüfuzdan salmaq və beynəlxalq səviyyədə təcrid etmək səyləri qaçılmaz olaraq Moskvadan qəti cavab alacaq.
Həmçinin Moskva Londonu Ukraynaya hərbi dəstəkdən əl çəkməyə çağırır.