Xarici agentlər haqqında qanunun meyarlarına uyğun gələn Gürcüstan təşkilatları reyestrdə qeydiyyatdan keçməsə, bu, onların hesablarına həbs qoyulmasına gətirib çıxaracaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi Kaxa Kaladze deyib. Onun sözlərinə görə, QHT-lərin xaricdən gələn vəsaitləri inqilabi ssenariləri maliyyələşdirmək və cəmiyyəti qütbləşdirmək üçün istifadə etdiyinə dair şübhələr var.
Qəbul edilən qanunun şərtlərinə görə, gəlirlərinin 20%-dən çoxunu xaricdən alan təşkilatlar qeydiyyatdan keçməlidir.