25 yaşlı bəstəkar Anahit Mnatsakanyan Sevan gölündə boğularaq ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan "Facebook"da yazıb.
İyunun 1-də A.Mnatsakanyanın paltarları və şəxsi əşyaları sahildən tapılıb, lakin onun özü ərazidə olmayıb.
Sözügedən vətəndaşın itkin düşməsi ilə bağlı İstintaq Komitəsinin Geqarkunik RPİ-nin Sevan İstintaq Şöbəsində cinayət işi başlanıb. İlkin təhqiqat başlayıb və axtarış işləri aparılıb.
Onun sözlərinə görə, iyunun 3-də Sevan gölündə, çimərliyin sahil zolağından təxminən 65-70 metr aralıda, bu sanatoriyanın ərazisində, 4 metr dərinlikdə Yerevan sakini Anahit Mnatsakanyanın meyiti aşkar edilib.
“Kənar ekspertiza zamanı meyitdə zorakılıq izləri aşkar edilməyib, ibtidai istintaq davam edir və ölümün səbəbini müəyyən etmək üçün məhkəmə-tibb ekspertizası təyin edilib”, - deyə Abrahamyan bildirib.