Polşalı fermerlər Ukrayna ilə sərhədə yaxın yolu bağlayıblar

14:44 - 3 İyun 2024 - DÜNYA

 Polşalı fermerlər etiraz aksiyası çərçivəsində Ukrayna ilə sərhədə yaxın yolda bütün maşınların keçidini bağlamağa başlayıblar. 

Ucnoqta.az xəbər verir ki, bu barədə RMF24 radiostansiyası məlumat yayıb.

Məlumata görə, etirazçılar Ukrayna ilə sərhəddən 14 km aralıda yerləşən Przemışl şəhəri yaxınlığında 77 saylı magistralın bir hissəsini bağlayırlar. Kampaniya iyunun 30-dək davam edəcək.

Qeyd edək ki, Polşa fermerləri fevralın 9-da kütləvi etirazlara başlayıblar.

Xəbər xətti