Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Günün ikinci yarısının əvvəlində prezidentin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirəcəyini gözləyirik”, - o deyib.
Görüşün mövzularından danışan Peskov qeyd edib ki, dövlət başçısı adətən onları özü açıqlayır.