Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) İrəvanın strukturla münasibətlərinin perspektivlərinə aydınlıq gətirəcəyinə ümid edir.
Ucnoqta.az xəbər verir ki, bunu KTMT Parlament Assambleyası (PA) Şurasının iclasında təşkilatın baş katibi İmanqali Tasmaqambetov deyib.
“Ümid edirik ki, respublikanın siyasi rəhbərliyi KTMT ilə əlaqələrinin perspektivlərini aydınlaşdıracaq, bu, ilk növbədə gələcək birgə fəaliyyətin tam planlaşdırılması üçün bizim assosiasiyamızın bütün iştirakçılarının xeyrinə olardı” - Tasmaqambetov qeyd edib.
“Son bir il ərzində Ermənistandan olan həmkarlar təşkilatın tədbirlərində iştirakını əhəmiyyətli dərəcədə azaldıblar. Bununla belə, Ermənistan Respublikası təşkilatın tamhüquqlu üzvü olaraq qalır, bu ölkə qarşısında bütün öhdəlikləri tam şəkildə qorunur”, - deyə Tasmaqambetov vurğulayıb.